FHN-in yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, xidmət tərəfindən Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Belə ki, obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi işlək vəziyyətdə olmayıb, yanğın üçün su hovuzu istifadəyə yararsız olub, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb və s. 

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhərindəki “Vüsal petrol” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

P.ƏMİRCANOV
XQ



Sosial həyat