Azərbaycanın Mərakeşdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

post-img

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı səbəbindən dekabrın 26-da Azərbaycanda matəm günü elan olunması ilə bağlı ölkəmizin Mərakeş Krallığındakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.

Səfirlikdən AZƏRTAC-a məlumat verilib ki, Mərakeşin dövlət orqanlarına, Rabatdakı diplomatik nümayəndəliklərə nota göndərilib, matəm ilə əlaqədar dekabrın 26-da və 27-də səfirlikdə xatirə kitabının açıldığını bildirilib.

Mərakeşdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları Azərbaycan Respublikasının səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.





Sosial həyat