Aktau yaxınlığında baş vermiş aviaqəza qurbanlarının xatirəsinə Xəzər dənizinə əklil buraxılıb.
AZƏRTAC xəbər verir ki, həlak olanların xatirəsinə Aktau, Kurık və Bautino limanlarında Xəzərə matəm əklilləri buraxılıb. Dənizçilər bunun hamı üçün ümumi faciə, ümumi ağrı olduğunu bildiriblər.
Onlar həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib və bölgə sakinlərinin, o cümlədən dənizçilərin zərərçəkənlərə hər cür dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana