Bu faciə bizim ümumi ağrımızdır, çünki Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olanlar arasında Qazaxıstan vətəndaşları da var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.
“Biz ümid edirik ki, yaralılar tezliklə tam sağalıb ailələrinə qayıda biləcəklər. Biz bunun üçün əlimizdən gələni edirik”, - deyə o vurğulayıb.
Nazir müavini Aktauda yardım göstərən, o cümlədən qan verən qazaxıstanlılara minnətdarlığını bildirib, həmçinin Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin və yerli administrasiyanın operativ fəaliyyətini qeyd edib.
Roman Vasilenko faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərək deyib: “Biz birlikdə kədərlənirik”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana