“Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir”. Bu barədə rusiyalı dietoloqlar jurnalistlərə açıqlama verərkən danışıblar.
Açıqlamada deyilir ki, ispanaq immuniteti gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxlu dəmir və zülal var, buna görə də soyuq qış aylarından və ya hansısa xəstəlikdən sonra bədən zəifləyəndə mütəxəssislər ona xüsusi diqqət yetirməyi məsləhət görürlər.
Bundan başqa, gücü azalan insan qida rasionuna avokado daxil etməlidir. Avokado enerji və sağlamlığa kömək üçün kalium, vitaminlər, minerallar və lif ehtiva edir.
Enerji səviyyəsini artırmağın başqa bir yolu çia toxumu yeməkdir. Çia uzun müddət toxluq hissini təmin etdiyi üçün arıqlamaq istəyənlərə də ideal məhsuldur.
Mütəxəssislər, həmçinin gücü və enerjini bərpa etmək üçün səhərlər acqarına bir stəkan limonlu su içməyi və tərkibində, ən azı, 70 faiz kakao olan yüksək keyfiyyətli tünd şokolad qəbul etməyi məsləhət görürlər. Bu delikatesin tərkibində maddələr mübadiləsini canlandıran və stimullaşdıran teobromin və kofein var.
Z.HÜSEYNLİ
XQ