Qazaxıstanın Səhiyyə Nazirliyi təyyarə qəzasında xəsarət alanlarla bağlı açıqlama yayıb

post-img

Aktau yaxınlığında AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən tibb müəssisələrinə xəsarət alan 29 şəxs aparılıb.

AZƏRTAC Qazaxıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 27 nəfər Manqıstau Vilayət Xəstəxanasına çatdırılıb. Çatdırılan 27 nəfərdən 11-i reanimasiyaya yerləşdirilib.

Uşaq Xəstəxanasına 11 və 16 yaşlı iki uşaq daxil olub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sosial həyat