Şotlandiyanın Aberdin Universitetində fəaliyyət göstərən Aberdin Azərbaycan Cəmiyyətinin üzvləri ilə Şotlandiya parlamentinin üzvü Aleksandr Burnett arasında onlayn görüş təşkil olunub.
Görüşdə Azərbaycan icmasının fəaliyyəti, gələcəkdə həyata keçiriləcək tədbirlər, görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Cəmiyyətin üzvləri Şotlandiyada olan tələbə mühitindən, onlara yaradılan şəraitdən söhbət açıb, müsbət təəssüratlarını bölüşüblər.
Parlament üzvü Aleksandr Burnett, öz növbəsində, uzun illər Azərbaycanda yaşadığını bildirib. Ölkəmizlə bağlı xoş xatirələrini danışan siyasətçi Azərbaycan Cəmiyyəti və Böyük Britaniyadakı Azərbaycan diasporu ilə bağlı fikir və tövsiyələrini diqqətə çatdırıb.
Qeyd edək ki, Aberdin-Azərbaycan Cəmiyyəti 2023-cü ildə Aberdin Universitetində azərbaycanlı tələbələr tərəfindən yaradılıb.
P.ƏMİRCANOV
XQ