“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə bir sıra dəyişikliklərin edilməsi təşəbbüsünü irəli sürüb. Dəyişikliklər toplusu Milli Məclisə təqdim olunub və hazırda baxışdadır.
Bunu açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
P.Sədrəddinov bildirib ki, layihə qəbul olunduğu halda qanuna edilən dəyişikliklər qüvvəyə minəcək.