Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri bir sıra görüşlər keçirib

post-img

Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli dekabrın 5-də Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal ilə görüşüb.

İcma sədri daha sonra Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə bir araya gəlib.

Ə.Ələkbərli hər iki qonağa Qərbi Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verib, konfransda müzakirə olunan məsələlərə toxunub.







Sosial həyat