“Bakı Taksi Xidməti” MMC və “Azərpoçt” MMC arasında əməkdaşlığa başlanılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Bakı Taksi Xidməti” MMC tərəfindən ölkəyə gətirilən taksi şəbəkəsində “Azərpoçt” MMC-nin təqdim etdiyi POS-terminallar quraşdırılıb.
Beləliklə, “Azərpoçt” MMC yerli vətəndaşların, o cümlədən ölkəyə səfər edən xarici nümayəndə və turistlərin nəqliyyat ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi üçün POS-terminalların taksilərdə quraşdırılmasını təmin edib.
Qısa zaman ərzində POS-terminallar vasitəsilə 4178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.
Qeyd edək ki, “Azərpoçt” MMC bu əməkdaşlığı davam etdirməklə yanaşı, digər sahibkarlarla da (nəqliyyat xidmətləri, iaşə obyektləri, səyyar və pərakəndə satış, kuryer xidmətləri və s.) əməkdaşlığa açıqdır.