“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası davam edir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə yaratdığı 860 Dəstək Xətti gender əsaslı zorakılıqla üzləşmiş şəxslərə məlumat və məsləhət xidmətləri göstərir.
Xidmətlərdən yararlanmaq üçün Bakı şəhərindən birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə (012) 860 yığmaqla dəstək xətti ilə əlaqə saxlamaq mümkündür.
Qeyd edək ki, kampaniya 25 Noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq, 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününədək davam edir. Kampaniya çərçivəsində hər il müxtəlif formatda tədbirlər həyata keçirilir, dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışları edilir.