Suriyada Əsəd rejiminin əleyhdarlarının silahlı dəstələri Hələb şəhərinin ətrafına bir kilometr məsafədə yaxınlaşıb. Məlumatı “Anadolu” verib.
Toqquşmalar noyabrın 28-də səhər tezdən Hələb vilayətinin qərb hissəsində başlayıb. Hələb və İdlib əyalətlərində Əsəd rejimi ilə iki gün davam edən toqquşmalarda rejim əleyhdarları 400 kvadratkilometr ərazini nəzarətə götürüb.
Gecəyə qədər davam edən qarşıdurmalardan sonra hökumət əleyhinə qruplar Hələbin ətraf ərazilərindən biri olan Yeni Hələb məhəlləsinə yaxınlaşıblar. Silahlı qruplar Hələb şəhərinin kənarına bir kilometr məsafədə yaxınlaşıblar.
İki gün davam edən qarşıdurmalardan sonra bu qruplar Hələb və İdlib əyalətlərində 56 yaşayış məntəqəsini nəzarətə götürüblər.
P.ƏMİRCANOV
XQ