“Zəfər” Qaçış Klubunun və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə 25 Oktyabr Kəlbəcər Şəhər Gününə həsr olunmuş kütləvi qaçış keçirilib. Bu barədə mətbuata federasiyadan məlumat verilib.
Xəbərdə deyilir ki, Bakı Bulvarındakı “7 gözəl” fəvvarəsinin yaxınlığından başlayan və “Kristal Hol”un qarşısından dönməklə, 3 dairə olmaqla keçirilən yarış 30 kilometr məsafəni əhatə edib.
XQ