COP29 bütün dünya üçün çox böyük əhəmiyyət daşıyır. Hazırda dünyanın bir çox yerindən gəəln insanlar Azərbaycana toplanaraq bəşəriyyətin gələcəyi, sağlamlığı, karbon emissiyalarının azaldılması, enerji ehtiyatlarına qənaətin yolları, o cümlədən yaşıl enerjiyə keçid məsələlərini müzakirə edirlər.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Küveytin Yenilənən Enerji üzrə Mərkəzinin əməkdaşı Əhməd Əldusari deyib.
O qeyd edib ki, COP29 şirkətlər və hökumətlər arasında həqiqi əməkdaşlığın başlanması üçün konkret müzakirələrə zəmin yaradır.
“Burada iştirak edən hər kəsə uğurlar arzu edirəm. Ölkəmiz yenilənə bilən enerji üçün yeni layihələrə imza atır. Bu layihələr vasitəsilə biz enerjiyə qənaət etməyi ümid edirik. Yeni layihələr, yeni iş yerləri deməkdir. Biz, həmçinin karbon emissiyalarını azaltmağı düşünürük”, - deyə COP29-un küveytli iştirakçısı bildirib.