G20-də Rusiyanı Lavrov təmsil edəcək

post-img

Rio-de-Janeyroda keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Bu barədə noyabrın 12-də Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev məlumat verib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Bu tədbirdə Rusiya Prezidenti Vladimir Putinin adından Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək”, - o, Teleqram kanalında yazıb.

Səfir xatırladıb ki, dünyanın ən böyük iqtisadiyyatlarını təmsil edən liderlərin görüşü noyabrın 18-19-na planlaşdırılıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya