Çinli iştirakçı: Gənclərin iqlim dəyişikliyi ilə mübarizəsi təqdirəlayiqdir

post-img

Gənclərin iqlim dəyişikliyi ilə güclü mübarizəsi təqdirəlayiqdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransında iştirak edən Honq Konq Mühəndislər İnstitutunun əməkdaşı Vinq Sum Kam deyib.

Honq Konq Mühəndislər İnstitutunun əməkdaşı ilk dəfə COP tədbirində iştirak etdiyinə diqqət çəkib: “Bakıda iştirak etdiyim ilk COP tədbirində digər üzv dövlətlərin nümayəndə heyətlərindəki gəncləri görmək məni heyrətləndirir. Onlara öz ölkələrinin çağırışları barədə bizi məlumatlandırdıqları üçün minnətdaram. Ümid edirəm ki, prosesə töhfə vermək imkanı olan ölkələrdən daha böyük maliyyə resursları əldə edə bilərik”.

Sosial həyat