Vitamin K2 gecə baş verən ayaq qıcolmalarının tezliyini, intensivliyini və müddətini azaldır. Araşdırmalar göstərir ki, vitamin 65 yaşdan yuxarı insanlarda qıcolma müalicəsi üçün təsirli və təhlükəsizdir.
Sağlamlığın qorunması “JAMA Internal Medicine” jurnalı yazır ki, tədqiqatçılar K2 vitamininin yaşlılarda ayaq qıcolmalarının şiddəti, müddəti və tezliyinə təsirini araşdırıblar. Çindəki iki xəstəxanada keçirilən klinik sınaqda 65 yaşdan yuxarı insanlar iştirak edib, onların 54 faizdən çoxu qadınlar olub.
İştirakçıların yarısına gündəlik 180 mikroqram Vitamin K2 dozası almaq təyin olunub, qalanları isə səkkiz həftə ərzində Plasebo qəbul ediblər. Plasebo və Vitamin K2 kapsulları görünüş və qablaşdırma baxımından eyni olub. Səkkiz həftə sonra Vitamin K2 qəbul edən qrupun qıcolma tezliyinin 0,96 hadisəyə qədər azaldığı, Plasebo qrupunda isə sayın 3,63-ə yüksəldiyi bildirilib.
Xatırladaq ki, K vitamininin əsas mənbələri ispanaq, kələm və cəfəri kimi yaşıl yarpaqlı tərəvəzlərdir, lakin bu birləşmə soya, zəfəran və yonca yağı kimi qidalarda, həmçinin qoz-fındıq və yumurtada olur.
Vitamini süd və süd məhsulları, fermentləşdirilmiş soya və kartof, avokado, brokoli və gül kələm vasitəsilə də qəbul etmək olar.
Z.HÜSEYNLİ
XQ