COP29 çərçivəsində “İqlim sağlamlığı böhranı: Çirklənmə orqanizmimizə və gələcəyimizə necə təsir edir” mövzusunda vorkşop təşkil olunub

post-img

COP29 çərçivəsində noyabrın 11-də “İqlim sağlamlığı böhranı: Çirklənmə orqanizmimizə və gələcəyimizə necə təsir edir” mövzusunda vorkşop təşkil olunub.

Tədbirdə iqlim böhranının, çirklənmənin insan orqanizminə və gələcəyinə təsirindən bəhs edil. Bildirilib ki, gələcəyimiz artıq risk altındadır. Çirklənmə təkcə ekoloji problem deyil, həm də sağlamlıq böhranıdır, ağ ciyərlərimizə, ürəyimizə və hətta beynimizə təsir edir. Təmiz hava haqqında danışarkən bu təkcə səmanı təmiz saxlamaqla bağlı deyil. Bu, ailələri astma və digər xəstəliklərdən qorumaqdır.

Vorkşopda çıxış edən uqandalı Denis Aybare iqlim dəyişmələrinin təkcə gənclərin deyil, eləcə də körpələrin də həyatına son qoyduğunu deyərək qeyd edib: “Mən özüm Uqandadan olsam da, bilirəm ki, Tanzaniya və Qana da insanlar eyni problemlərlə - su çatışmazlığı, iqlim böhranı, havanın temperaturunun həddindən artıq yüksək olmasından əziyyət çəkirlər. Körpələrimizi və öz həyatımızı xilas etmək üçün bütün bu problemlərlə daha intensiv məşğul olmalıyıq. Düşünürəm ki, COP29 bizə bu işdə çox böyük dəstək və fürsət olacaq”.

Vorkşopda gənclərin “Siz bu gün hansı dəyişikliyi edə bilərsiniz?”, “Çirklənmənin sağlamlığa təsiri haqqında məlumatları necə yaymaq olar?” və digər məsələlər ətrafında interaktiv müzakirələr aparılıb.



Sosial həyat