Lənkəran Dövlət Universitetində LDU-nun nəzdində fəaliyyət göstərən Sosial Aqrar-Texnoloji Kolleclə birgə 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə musiqili-nəğməli bayram tədbiri keçirilib.
Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü, vətənimizin azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin professor, müəllim, tələbə, işçi heyətinə təbrikini universitetin Sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov çatdırıb.
Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük Zəfəri əks etdirən videoçarx tədbirə əsl bayram ovqatı qatıb.
Tədbirdə Lənkəran Dövlət Universitetinin və nəzdindəki Sosial Aqrar-Texnoloji Kolleci tələbələrinin ifasında Zəfər ovqatlı, vətənpərvərlik ruhlu mahnılar, şeirlər səslənib.
Musiqili tədbirdən sonra LDU tələbələrinin Zəfər Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Qeyd edək ki, bayram tədbirində universitetin şəhid məzunlarının ailə üzvləri, hal-hazırda universitetdə və kollecdə çalışan, təhsil alan Qarabağ müharibəsi iştirakçıları iştirak ediblər.