Gəncədəki bu ali məktəb nümunə göstərir

post-img

Azərbaycan Texnologiya Universitetində universitet-sənaye əməkdaşlığı nəticəsində daha bir auditoriyanın açılışı olub. “Xəzri TN" MMC-yə məxsus N1 Çörək Zavodunun dəstəyi ilə ərsəyə gələn yeni auditoriyanın açılış lentini ATU-nun rektor əvəzi Yaşar Ömərovla "Xəzri TN" MMC-nin direktoru İlkin Şabanov kəsib. Qida mühəndisliyi fakültəsində qurulan 24 tələbə yerlik auditoriya zəruri mebel və avadanlıqlarla təchiz edilib.

 Qeyd edək ki, ATU ilə "Xəzri TN" MMC arasında əməkdaşlıq memorandumu cari ilin iyulunda imzalanıb.  Universitetin tədris  işləri üzrə prorektoru Raqif Hüseynov deyir ki, son 1 ildə sənaye müəssisələrinin dəstəyi ilə 7 yeni ixtisaslaşmış auditoriya və laboratoriya qurulub.

Son zamanlarda qurulmuş əməkdaşlıq sayəsində Kapital Bank, “Azəralüminium”, “Nar”, “Codelandia”, “IST Services” və N1 Çörək Zavodunun ərsəyə gətirdiyi bu otaqlar artıq istifadəyə verilib. 

Söhbət mobil rabitə laboratoriyası, rəqəmsal bankçılıq, təlim otaqları və digər ixtisaslaşmış auditoriyalardan gedir.Universitetimizin tələbələri üçün "Azəralüminium" və "ATS Food" şirkətləri xüsusi təqaüdlər də təsis edib. Bütövlükdə son bir il ərzində bizim ali məktəb 50-yə yaxın sənaye müəssisəsi və şirkət ilə əməkdaşlıq müqavilələri imzalayıb.

        Hamlet Qasımov,
XQ-nin bölgə müxbir, Gəncə.















Sosial həyat