Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi istiqamətində Qarabağ Universiteti ilə fəal əməkdaşlıq qurub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, Agentliyin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində mövcud olan vakansiyalar üzrə işlə təmin edilib.
Onların bir hissəsi hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir və işğaldan azad olunan ərazilərə köçürüləcək. Daha bir qrup şəxsin də ali təhsil ocağında məşğulluğunun təminatı üçün birgə iş aparılır.
Xatırladaq ki, Qarabağ Universiteti bu günlərdə Şuşada təşkil olunan ilk əmək yarmarkasında da mövcud vakansiyalarını təqdim edib.