Xeyrindən çox zərəri varmış

post-img

Yüksək konsentrantlı burun damcıları görməni zədələyir. Bu barədə Rusiyanın tibb elmləri doktoru Vladimir Zaytsev sosial şəbəkə hesabında yazıb. 

Həkim bildirib ki, burnunuz tutulduğunda bu damcılar tez bir zamanda nəfəs almağınızı bərpa edir. Amma heç düşünmüsünüzmü, bu, nəyin bahasına baş verir?!

Zaytsev izah edib ki, əvvəla, bu damcılar insanda həmin dərmanlara qarşı asılılıq yaradır. Vaxt keçdikcə ona təlabat çoxalır və gün gəlir ki, onlarsız nəfəs almaq çətinləşir.

Təcrübəli qulaq-burun-boğaz  həkimləri burun damcısına ehtiyac yarananda, hətta, böyüklərə də uşaqlar üçün nəzərdə tutulan preparatların ən zəifini – 0,5 faizlik məhlulunu tövsiyə edirlər. Çünki yüksək konsentratlı burun damcıları selikli qişanı ciddi şəkildə zədələyir. Ani sıxılmadan qan damarlarının spazmı meydana gəlir. Gözlər etmoid labirintinə yaxın yerləşdiyi üçün zədələnmiş hüceyrələr görmədə də problem yaradır.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat