Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 9-13°, gündüz 15-20° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 , gündüz 70-75 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.
Q.QASIMOV
XQ