Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

post-img

Mən Niderlanddan gəlmişəm. Ölkəniz həqiqətən də çox gözəldir. Görməli, mənzərəli yerləri çoxdur. Əsasən, səmaya ucalan dağları məni valeh edir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Cəbrayıla səfəri zamanı Xudafərin körpüsü ilə tanış olan səyyah Bas Lintkes deyib.

“Azərbaycana nə vaxtsa yenə gələcəyəm. İşğaldan azad edildikdən sonra burada həyata keçirilən işlər sadəcə insanı heyrətləndirir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupu işğaldan azad olunan torpaqlarımızda səfərdədir. Xarici səyyahlar erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər.

Ümumiyyətlə, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400-dən çox məşhur beynəlxalq səyahətçi iştirak edib. “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir.

Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.

Sosial həyat