Dələduzluq yolu ilə vətəndaşın 40 min manatını ələ keçirən şəxs saxlanılıb

post-img

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan, əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməklik göstərəcəyi barədə yalan vədlər verərək, zərərçəkənin 40000 manatını ələ keçirib.

R.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Sosial həyat