Mərkəzi Nəbatat Bağında təmir-yenidənqurma işləri başa çatmaq üzrədir

post-img

Sahəsi 46 hektar olan Mərkəzi Nəbatat Bağında Prezident İlham Əliyevin Sərəncamı ilə ötən ildən əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 1937-ci ildə bağda tikilmiş inzibati bina əsaslı təmir edilib, parkın ərazisində yerləşən Botanika İnstitutunun inzibati binası isə sökülərək yenidən inşa olunub. Parkda göl kompleksi, dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib, isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub. Yerdən 3 metr hündürlükdə əlillər üçün müyəssər körpü və hər iki giriş qapısını birləşdirən piyada yolu salınıb.

Hazırda parkdakı işlər başa çatmaq üzrədir. İşlərin qısa müddətdə, keyfiyyətlə yekunlaşdırılması məqsədilə əlavə işçi qüvvəsi cəlb edilib, yaşıllıq işlərinin aparılması təcrübəli landşaft dizaynerləri, ekoloji mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. Mərkəzi Nəbatat Bağının istifadəyə verilməsi ayın sonunda nəzərdə tutulub.







Sosial həyat