Duz xərçəngin dərmanı ola bilərmi?

post-img

Onkoloji xəstəliklərlə mübarizədə masamızda olan duzun möcüzəvi təsiri araşdırılıb. Fridrix Şiller Universitetinin professoru Kristina Zelinski son elmi işində adi duzla bağlı maraqlı nəticələr alıb.

Araşdırma nəticəsində o, duzun immun sistemini möhkəmləndirdiyini görüb.

Onkoloji xəstəliklərlə mübarizədə əsas T – killer hüceyrələr rol oynayır. Bəzi ağ qan hüceyrələri şiş hüceyrələrini tanıyıb onları məhv edə bilir. Yeni terapiyada pasiyentin öz immun hüceyrələri qan plazmasından alınır, laboratoriyada çoxaldılır və yenidən xəstəyə köçürülür. Alimlər T hüceyrələrin effektivliyinin natrium ionları ilə artdığını müşahidə ediblər.

Şişlərin özündə də yüksək natrium konsentrasiyası var. Məsələn, süd vəzi şişlərində natrium konsentrasiyası çoxdur, ona görə də bu pasiyentlər daha uzun müddət yaşayırlar.

Digər Elmi işlər sübut edib ki, natrium digər T hüceyrələri də aktivləşdirir ki, autoimmun xəstəliklərin qarşısını alsın. Eksperimentdə siçanlara duzla işlənmiş T hüceyrələr köçürülüb. Nəticədə, onlarda metobolik proseslər yüksəlib. Belə ki, şəkərin udulması nəticəsində hüceyrədaxili enerji artıb.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat