Bu, bir həqiqətdir ki, son illər sosial şəbəkələr gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bir çox insanlar hətta səhərlər bir qurtum çay içməmiş “Facebook”, yaxud digər populyar şəbəkələrə daxil olur, yaxın-uzaq ətrafda baş verənlərdən bu yolla xəbər tuturlar.
“Fb”-də dostluğumda Şəmsiyyə Kərimova adlı bir xanım var. Həmkarımızdır. Sosial şəbəkələrdə şox fəaldır. Səhərlər bir qayda olaraq dost-tanışlara müsbət enerji ötürmək üçün çeşidli fotolarla müşayiət olunan pozitiv paylaşımlar edir.
Dünən Şəmsiyyə xanım sübh tezdən belə yazmışdı:
“Salam, yeni gün!
Əziz dost, yavaşca çevir səhifəni, yeni günə, yeni ümidə salam ver. Sabaha qovuşduğuna şükür et. Günə gülümsəyərək başla ki, günün gözəlliklərlə keçsin!”
Nə gizlədim, hər dəfə olduğu kimi, bu dəfə də ürəkdən deyilən bu səmimi sözlər məndə xoş əhval-ruhiyyə yaratdı. Şəmsiyyə xanımın paylaşdığı fotonu görəndə digər dostumuz, istedadlı şair Əli Nəcəfxanlının “Payız prospekti” şeirini xatırladım və öz-özümə şeirdən bir-iki misra da pıçıldadım.
M.HACIXANLI
XQ