Muxtar Babayev: COP29 Sədrliyinin bu il ambisiyaları artırmaq planı var

post-img

“COP29 Sədrliyinin bu il ambisiyaları artırmaq planı var. Bu plan Paris Sazişinin bütün şərtləri üzrə kritik irəliləyişləri təmin edəcək”.

Bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini idarə etmək üçün iqlim planlarında ambisiyaları gücləndirmək lazımdır: “Biz bütün tərəfləri 2025-ci ilə qədər Milli Uyğunlaşma Planları yaratmağa çağırırıq”.

Sosial həyat