Çin Xalq Respublikasının Şanxay şəhərindən və Almaniyadan gələn qonaqlar Azərbaycanda səfərdə olublar. Onlar Bakı, Gəncə və Göygöl şəhərlərində Azərbaycanın tarixi və mədəni irsi ilə tanış olublar.
Qonaqlar xüsusilə alman irsinə, tarixi alman küçələrinə və memarlıq nümunələrinə böyük maraq göstəriblər. Həmçinin, şərabçılıqla bağlı suallar verilib və bu suallar bələdçi Raul Abbaszadə tərəfindən ətraflı şəkildə cavablandırılıb. Xarici qonaqlar bütövlükdı Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanış olmaqdan məmnun qaldıqlarını bildiriblər.
Qeyd edək ki, Gəncə Regional Turizm İdarəsi son vaxtlar Qərb bölgəsində turizmin daha da inkişaf etdirilməsi, maraqlı, tarixi, görməli yerlərin yeni marşrutlara salınması istiqamətində səmərəli işlər görür, xarici qonaqların Azərbaycanın görməli yerlərinə diqqətini cəlb edir. Elə Çin və Almaniyadan olan turistlərin Gəncə və Göygölün tarixi və mədəni irsinin yaxından tanış olması idarənin dəstəyi ilə həyata keçirilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri