“Hər hansı bir işdə nəticə əldə etmək yalnız əməkdaşlıq çərçivəsində mümkündür. Biz COP29 çərçivəsində iqlim problemlərinin təsir etdiyi bütün sahələrdə yeni həll yolları tapmaq istəyirik”.
Bunu PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən TROİKA ölkələrinin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib.
O qeyd edib ki, COP29 yeni həll yolları tapmaq üçün stimullaşdırıcı rol oynamalıdır: “Paris Sazişində qeyd olunanlar bütün ölkələrin gələcək ekologiya siyasəti üçün xəritədir. Düşünürəm ki, Azərbaycanda keçirilən COP29 bu xəritəyə işıq tutacaq”.