Tarixi kitabların təqdimatı

post-img

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yeni tarixi nəşrlərin təqdimat tədbirində bildirib ki, bugünədək “Şərur rayonunun tarixi”, “Culfa rayonunun tarixi”, “Ordubad rayonunun tarixi”, “Kəngərli rayonunun tarixi” və “Sədərək rayonunun tarixi” kitabları bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşlarının ortaya qoyduqları sanballı əsərlərdir. 

Hər bir əsər ayrı-ayrılıqda sistemli aparılmış tədqiqat işi olmaqla yanaşı, AMEA Naxçıvan Bölməsinin fəaliyyətinin əsasını təşkil edən Naxçıvan tarixinin öyrənilməsinə xidmət edir.

Təqdim olunan kitabların əhatə etdiyi mövzular, müəlliflərin ortaya qoyduqları araşdırmaların əhatəliliyindən danışan akademik çıxışının sonunda müəllifləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

Sosial həyat