Ekoloji infosessiya

post-img

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının illik konfransının 29-cu sessiyası ilə bağlı infosessiya keçirilib. 

İnfosessiyada xidmətin mütəxəssisləri iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Məhərrəm Abbasov iqlim böhranının qlobal miqyasda təsirlərindən danışaraq ­COP29-un bu istiqamətdə atılacaq yeni addımlar üçün həlledici rol oynayacağını vurğulayıb. O qeyd edib ki, COP29 çərçivəsində nəzərdə tutulan beynəlxalq razılaşmalar ölkələrin karbon emissiyalarını azaltmaq və təmiz enerji həllərinə daha çox yatırım etməsi üçün mühüm platforma olacaq. COP29-un Azərbaycanda keçirilməsi həm də ölkəmizin yaşıl enerji siyasətinə qlobal miqyasda verilən dəyərdir. 

İnfosessiyada Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev COP29 çərçivəsində Naxçıvanda görülən işlərdən və Naxçıvanda keçiriləcək "Greenfest"ə hazırlıq prosesindən danışıb. 

Xidmətin mütəxəssisləri yaşıl texnologiyaların inkişafı, Naxçıvanda yaşıl enerjiyə keçidlə bağlı yerli təşəbbüslər, Naxçıvanın yaşıl enerji potensialı və atmosferə buraxılan karbon qazının azaldılması məsələlərini müzakirə ediblər.

Ekologiya