Bu gün biz yalnız fərd olaraq deyil, həm də iqlim böhranını həll etməyə çalışan vahid bir icma kimi addımlayırıq.
Bu sözləri “İqlim Fəaliyyəti üçün Yürüş”ün açılışında çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva söyləyib.
O, iqlim dəyişikliyinin təsirlərini azaltmaq və həssas icmaların iqlimə davamlılığını gücləndirmək üçün qlobal və yerli səviyyədə kollektiv səylərin vacibliyini vurğulayıb.
“Bu 1,5 kilometrlik yürüş bizə xatırladır ki, 1,5°C bir seçim deyil, gələcəyimizi və Xəzər dənizi kimi həssas ekosistemləri qorumaq üçün hörmət etməli olduğumuz həddir,” – deyə Vladanka Andreyeva bildirib.a