Dövlət Komitəsinin əməkdaşları üçün təlim keçirilib

post-img

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Kommunikasiya bacarıqları və effektiv kommunikasiya” mövzusunda təlim təşkil edilib.

Komitədən bildirilib ki, dörd gün davam edən təlimlər kommunikasiya strategiyası, böhran idarəçiliyi və böhran kommunikasiyası, böhrandan əvvəlki PR-kampaniya, media savadlılığı və dezinformasiya ilə mübarizə, kommunikasiya kanallarının seçimi, monitorinq və təhlil məsələlərinə həsr olunub.

Təlimlərin keçirilməsində məqsəd komitə əməkdaşlarının müvafiq istiqamətlərdə bilik və bacarıqlarını təkmilləşdirmək, peşəkar vərdişləri inkişaf etdirməkdir.

Diskussiya formatında keçirilən təlimlərdə komitə əməkdaşlarının sualları cavablandırılıb.

Sonda komitə əməkdaşlarına sertifikatlar təqdim olunub.

Sosial həyat