Mütəxəssislər faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün, sadəcə, suda bir qədər saxlamaq lazım olduğunu yrəniblər. Bu barədə açıqlama verən dietoloqlar badamın isladılmış şəkildə qəbulunun faydasını bildiriblər:
1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin və mineral kompleksi baxımından daha zəngin olur.
2. Alzheymer xəstəliyinə yaxalanma riskini azaldır və beynin funksiyalarına müsbət təsir göstərir.
3. Tərkibindəki E vitamini sayəsində kalsium və xolestrol səviyyələrini balanslaşdırır.
4. İsladılmış badamda yüksək miqdarda protein olur ki, bu da ürək infarktı riskini azaldır.
5. Sümük əriməsini əngəlləyir və dişləri möhkəmləndirir.
6. Metabolizmi sürətləndirir və enerjini artırır.
7. Vücudda zərərli maddələrin toplanmasına imkan vermir və xərçəngdən qoruyur.
8. Qan təzyiqini normallaşdırır.
Z.Hüseynli
XQ