FHN 59 yanğının söndürülməsini təmin edib

post-img

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Məlumatı nazirliyin mətbuat xidməti verib.  

Qurumun “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti idarələr tərəfindən ötən sutka ərzində 59 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat