NATO öz fəaliyyətini baş katibi Yens Stoltenberqlə birlikdə dayandırmalıdır, çünki mövcud olduğu 75 il ərzində daha dinc və təhlükəsiz nizamın yaradılmasına töhfə verməyib. Bu barədə sentyabrın 21-də “Global Times”a istinadən “İzvestiya.ru” məlumat yayıb.
“Biz NATO-nu baş katibi və soyuq müharibə zehniyyətinə əsaslanan köhnəlmiş konsepsiyalar və sıfır məbləğli oyunlarla birlikdə mümkün qədər tez “təqaüdə çıxmağa” çağırırıq”, - nəşr yazıb.
Qəzetin yazdığına görə, təhlükəsizlik dilemmalarının kökündə Şimali Atlantika alyansı dayanır. Stoltenberqin sentyabrın 19-da vida nitqi nümayiş etdirdi ki, müasir dünyanın qarşıdurmalara səbəb olan hərbi bloka ehtiyacı yoxdur.
Bundan əlavə, “Global Times” iddia edir ki, NATO özünü regional birlik kimi göstərir, lakin “öz təhlükəsizliyini təmin etmək adı altında qlobal miqyasda daim genişlənir”.
Bundan əvvəl, sentyabrın 16-da Stoltenberq bildirmişdi ki, NATO ölkələri Qərb silahlarının Rusiya ərazisinə zərbə endirməsinə icazə verərsə, Şimali Atlantika alyansı münaqişənin bir hissəsi olmayacaq . Eyni zamanda o, assosiasiya ölkələrinin hələ də Ukraynanın alyansa dəvət olunması ilə bağlı konsensusa gəlmədiyini açıqlayıb.
P.ƏMİRCANOV
XQ