Antiterror əməliyyatlarında şəhid olmuş mayor Qasımov Sənan Fərman oğlunun şəhadətinin ildönümü münasibətilə Samuxda anım mərasimi keçirilib.
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan mayor Qasımov Sənan Fərman oğlunun şəhadətinin ildönümü münasibətilə keçirilən anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin yaxınları, din xadimləri, qazilər və şəhid ailələri iştirak ediblər.
Tədbir zamanı şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan mayor Qasımov Sənan Fərman oğlu 7 mart 1991-ci il tarixdə Samux rayonunun Lək kəndində anadan olub.Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən” uğrunda medalları ilə təltif edilib. 3 övladı var. 21 sentyabr 2023-cü il tarixdə Samux rayon Lək kənd qəbristanlığında dəfn edilib. Şəhidin adı Lək kəndində mərkəzi küçələrdən birinə verilib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Samux rayonu