Şəxsiyyəti müəyyənləşdirilən daha dörd itkin şəhid dəfn olunacaq

post-img

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 20-də hərbçilər Mübariz İlyas oğlu Məmmədov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında, Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında və Bilal Qəhrəman oğlu Qəhrəmanov Gədəbəy rayonunun Şəhidlər xiyabanında dəfn olunacaqlar.

Sosial həyat