Cənnət almasının özü kiçik, faydası böyükdür

post-img

Cənnət almasının faydaları saymaqla bitməz. Digər alma növlərində olduğu kimi cənnət almasının tərkibində də bir çox faydalı vitamin (A, C, PP, B) və minerallar (kalsium, mis, dəmir, sink, marqans), pektinlər, fitonsidlər, antioksidantlar, büzücü maddələr və s. var.      

Mütəxəssislərin fikrincə, digər alma növləri ilə müqayisədə cənnət almasının tərkibində bioloji aktiv maddələr daha çoxdur. Hələ dahi Hippokrat öz elmi işlərində cənnət almalarının faydasını qeyd edirdi və onları ürək, böyrək və dəri xəstəlikləri zamanı yeməyi tövsiyə edirdi.

Dietoloqlar özü kiçik olan almanın 7 böyük faydasını açıqlayıblar:

1. Ürək və damarlar üçün çox faydalıdır, təzyiqi tənzimləməyə kömək edir, damarları möhkəmləndirir.

2. Qanda xolesterinin səviyyəsini aşağı salır, ateroskleroz, infarkt və insult riskini azaldır.

3. Bağırsaqların fəaliyyətini aktivləşdirir, qəbizliyin qarşısını alır.

4. Böyrəklərin fəaliyyəti üçün çox faydalıdır.

5. Polifenol maddələri ilə zəngin olduğundan xərçəngin (xüsusilə, qaraciyər və yoğun bağırsaq xərçənginin) riskini azaldır.

6. Sərbəst radikalları neytrallaşdırır və bununla da orqanizmdə qocalma prosesini ləngidir.

7. Dərinin vəziyyətinə müsbət təsir edir, eyni zamanda, görmə qabiliyyətinə yaxşı təsir edir.  

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat