Məşhur rusiyalı həkim, sovet dövründə 30 il kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin, həm də qeyri-adi müalicə üsulları ilə tanınır.
Professorun fikrincə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanların orqanizminin mühiti turş olur və nəticədə, bu, bir çox xəstəliklərin inkişafına, o cümlədən xərçəngə yol açır. O sübut etmişdi ki, orqanizmin daxili mühitinin qələviləşdirilməsi insanı ən ciddi və təhlükəli xəstəliklərin inkişafından qoruya bilər. Bunun üçün ən sadə və ucuz vasitədən – çay sodasından istifadə etməyi tövsiyə edirdi.
Həkimin tövsiyəsinə görə, sodanı qəbul etmək üçün bəzi qaydalara əməl olunmalıdır. Öncə soda isti suda (70–80 dərəcədə) həll edilir. Bir qədər soyudulur (45–50 dərəcəyədək), səhər və axşam yeməkdən əvvəl içilir. Buna 1/4 çay qaşığı sodadan başlamaq, növbəti gün 1/3, 2–3 gündən sonra 1/2 çay qaşığı, yenə 2–3 gün sonra 1 çay qaşığı istifadə edilməlidir. Hər dəfə orqanizmin reaksiyasına baxılır. Hər hansı mənfi simptomlar əmələ gəldikdə, qəbul dayandırılır və ya doza azaldılır.
Professor soda məhlulunu ömrün sonuna qədər qəbul etməyi tövsiyə edirdi. Alimin sözlərinə görə, bu məhlul orqanizmi bütün ziyanlı maddələrdən, o cümlədən, böyrək, sidik kisəsində olan daşlardan xilas edir, oynaq xəstəliklərini müalicə edir, həzm sisteminin fəaliyyətini normallaşdırır, damarları xolesterindən təmizləyir.
Ənənəvi tibb professor Neumıvakinin tövsiyələrini və müalicə üsullarını qəbul etməsə də, bu prinsiplərin çoxlu tərəfdarları var.
Z.HÜSEYNLİ
XQ