Bu gün 33 dərəcə isti olacaq

post-img

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə mətbuata Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Q.QASIMOV 
XQ

 

Ekologiya