Qanqal ənənəvi tibbdə istifadə olunan bir bitkidir. Mütəxəssislər onun digər yabanı bitkilərdən bəzi üstünlükləri barədə açıqlama veriblər.
1. Qanqalın tərkibində sərbəst radikalların zərərli təsirləri ilə mübarizə aparan və hüceyrə yaşlanmasının qarşısını alan antioksidanlar var.
2. Bitki ekstraktları antiinflamatuar xüsusiyyətlərə malikdir, bu da bədəndəki iltihabı azaldır və artrit kimi xəstəliyin simptomlarını aradan qaldırır.
3. Həzmi yaxşılaşdıran qanqal ənənəvi olaraq istifadə olunur, mədə şirəsini artırır. Həmçinin köp və həzmsizlik kimi problemlərin qarşısını alır.
4. Bitki antibakterial və antifungal xüsusiyyətlərə malikdir, bu da onu infeksiyalarla mübarizədə təsirli edir. Buna görə də qara ciyər problemlərində qanqaldan hazırlanan “Karsil” preparatının təyin edilməsi təsadüfi deyil. Dərman qara ciyərdə toplanan toksinlərin çıxarılmasında faydalıdır.
5. Qanqal qan dövranını stimullaşdırır, bu da ümumi sağlamlığa kömək edir.
6. İmmunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqaviməti yaxşılaşdırır.
7. Qanqal tez-tez şorbalarda və çaylarda istifadə olunur. O, sağlamlıq üçün fayda verməkdən əlavə, özünəməxsus ətir və dadı ilə də seçilir.
Z.HÜSEYNLİ
XQ