“Toyota” şirkəti elektromobilləri azaldır

post-img

Yaponiyanın “Toyota Motor” şirkəti 2026-cı il üçün elektrik avtomobillərinin istehsalı üzrə planlarını üçdə bir azaldıb. Bu barədə “Nikkei” qəzeti xəbər verir. 

Dünyanın ən böyük avtomobil istehsalçısı indi 2026-cı ildə 1 milyon elektrikli avtomobil istehsal etməyi planlaşdırır. “Toyota” 2026-cı ilə qədər ildə 1,5 milyon, 2030-cu ilə qədər isə 3,5 milyon elektrikli avtomobil istehsal etmək hədəfinin dəyişməz olaraq qal­dığını açıqlayıb. 

Elektrikli avtomobillər hazırda qlobal satışların, təxminən, 1 faizini təşkil edir. Bu həftənin əvvəlində İsveç avtomobil istehsal­çısı “Volvo” 2030-cu ilə qədər tam elektrikə keçmək məqsədindən imtina etdiyini açıqlayıb. ABŞ-da Ford, General Motors və digər avtomobil istehsalçıları da yeni elektrik modellərinin istehsalını təxirə salırlar.

XQ

Dünya