Aleph TikTok-un Azərbaycanda rəsmi tərəfdaşı oldu

post-img

Əvvəllər Httpool by Aleph kimi tanınan və dünya üzrə aparıcırəqəmsal reklam platformalarının əsas satış təmsilçisi olanAleph, TikTok-un Azərbaycanda reklam imkanlarını təqdimetmək üçün rəsmi tərəfdaş seçilib. Bu strateji tərəfdaşlıq Aleph-ə, ölkədəki böyük və aktiv istifadəçi auditoriyasına çıxmaqistəyən bizneslər üçün unikal reklam həlləri təqdim etməyəimkan verəcək.

TikTok-un Azərbaycanda rəsmi tərəfdaşı kimi Aleph, reklamhəllərini yerli bazara təqdim edəcək, TikTok-un regional komandası ilə birlikdə müştərilər üçün optimal strategiyalar vəhəllər tapacaq, onlarla ən yaxşı təcrübələrini bölüşəcək. Hazırdadünya üzrə 1 milyarddan çox istifadəçi auditoriyası olan TikTok Azərbaycanda da sürətlə populyarlıq qazanmağa davam edir. Bu tərəfdaşlıq brendlərə dünyanın ən innovativ platformalarındanbirinin aktiv icması ilə əlaqə qurmaq üçün əla bir imkanyaradacaq.

TikTok Qlobal Biznes Həllərinin Şərqi Avropa və MərkəziAsiya üzrə baş direktoru Anastasiya Panina deyib: "Azərbaycanda TikTok-un reklam tərəfdaşı olaraq Aleph iləəməkdaşlığımızı elan etməkdən məmnunluq duyuruq. Biz buekosistemi daha da inkişaf etdirməyi planlaşdırırıq və butərəfdaşlıq sayəsində Azərbaycandakı reklamverənlər digərplatformaların təqdim edə bilməyəcəyi yeni rəqəmsal reklamformatlarına çıxış əldə edəcək, eyni zamanda da peşəkar yerliservisdən faydalanacaqlar."

Aleph şirkətinin regional direktoru Sergey Dovedov bildirib: "TikTok qısa mobil videoların yerləşdirilməsi üçün aparıcıplatformadır. Azərbaycandakı tərəfdaşlığımız reklamverənlərəagentliklərə, kiçik və orta biznesə TikTok-un innovativ reklamhəllərinə çıxış imkanı yaradaraq, onların biznes məqsədlərinieffektiv şəkildə həll etmələrinə kömək edəcək. Tərəfdaşlarımızıöyrədərək və onlarla biliklərimizi bölüşərək hər kəs üçünrəqəmsal reklama çıxışı təmin etmək missiyamıza sadiq qalırıq."

TikTok haqqında  

TikTok qısa mobil videolar üçün aparıcı platforma olaraq, yaradıcılıq  və özünüifadə üçün geniş imkanlar təklif edir.  Qlobal istifadəçi və müəllif  icması ilə TikTok, dünyamiqyasında müxtəlif məzmun və təcrübələr təqdim edir ki, bu da geniş auditoriyalara təsir göstərir.

Aleph haqqında  

Aleph 140-dan çox ölkədə fəaliyyət göstərən və 26 000-dən çoxreklamverəni  3 milyarddan çox istehlakçı ilə birləşdirən qlobal, rəqəmsal reklam şirkətidir. TikTok, X, Microsoft, Google daxilolmaqla 60-dan çox aparıcı rəqəmsal media platforması ilətərəfdaşlıq edərək, Aleph bizneslərə və icmalara inkişaf etməkdəolan  bazarlarda dəstək verir. Şirkət lokalizə olunmuş həllərləbirlikdə müstəqil texnologiyalar təqdim edir, yerli sənaye vəplatforma ekspertlərindən  ibarət komandalarla xidmət göstərir.

Aleph və TikTok qlobal əməkdaşlığa 2019-cu ildə LatınAmerikasının və Avropanın bazarlarını əhatə etməkləbaşlayıblar. 2024-cü ilə qədər onlar bu əməkdaşlığıAzərbaycanın da daxil olduğu yeni bazarları əhatə edəcəkşəkildə genişləndirdilər. 

Sosial həyat