Azərbaycanın çimərlik voleybolçuları açıq Avropa çempionatında iştirak edəcəklər

post-img

Azərbaycanın çimərlik voleybolçuları “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edəcəklər.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi 3 qadın (Səbinə Əlizadə/Lizi Latsabidze; Nərmin Səmədzadə/Fidan Əhmədxanov; Larisa Smetsova/Çinarə Quliyev) və üç kişi komandası (Vadim Kutukov/Heydər Məmmədli; Nəriman Bayramlı/Muhammad Aslanlı; İbrahim Məmmədov/Aqşin Ağazadə) təmsil edəcək.

Turnir sentyabrın 4-9-da Türkiyənin Mersin şəhərində təşkil olunacaq.

Qeyd edək ki, “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edən komandalar FIVB reytinq xalları qazanacaq.

İdman