Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində 2, Nəsimi və Yasamal rayonlarının hər birinin ərazisində 1 nəfərin liftdə və Yasamal rayonu ərazisində 2, Suraxanı rayonu ərazisində isə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Məlumatı FHN mətbuat xidməti yayıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ikisi azyaşlı olmaqla, ümumilikdə 7 nəfər xilas edilib.
P.ƏMİRCANOV
XQ