124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində seçicilər üçün zəruri şərait yaradılıb

post-img

124 saylı Şuşa-Ağdam-Xocavənd dairəsi üzrə Milli Məclisə seçkilərdə seçicilər üçün zəruri şərait yaradılıb, bütün məntəqələr avadanlıqlarla təchiz olunub.

Bu sözləri dairə seçki komissiyasının sədri Mədinə Abbasova deyib.

O vurğulayib ki, əsas məqsəd seçki məntəqələrinin üzvlərinin normal fəaliyyəti, eləcə də seçkilərin şəffaf və demokratik keçirilməsidir.

Qeyd olunub ki, dairədə Milli Məclisə namizədlərin sayı 7, seçki məntəqələrinin sayı isə 93-dür (4 məntəqə işğaldan azad edilmiş ərazilərdə yerləşən yeni açılmış məntəqələrdir). Ümumilikdə, dairə üzrə 53 min 651 seçici qeydiyyatdadır. Dairə üzrə ən yaşlı seçicinin 99 yaşı var. Seçki prosesini çoxsaylı yerli müşahidəçilər izləyir.

M.Abbasova, həmçinin vurğulayıb ki, saat 12-yə olan məlumata görə, dairə üzrə 10 mindən çox seçici səs verib ki, bu da seçicilərin seçkilərdə fəal iştirakının bariz göstəricisidir. Seçicilər məntəqələrə böyük həvəslə gələrək, öz istədikləri namizədə səs verirlər.

Sosial həyat