Elmin və mədəniyyətin yüksəlişinə xidmət nümunəsi

post-img

Azərbaycan Respublikasının Birinci vit­se-prezidenti Mehriban xanım Əliyevayanın anadan olmasının 60 illiyini ölkənin intel­lektual elitası olan elm adamları da böyük sevgi-sayğı və dərin ehtiramla qeyd edir, birinci xanıma ünvaladıqları təbrik məktu­bunda onun yurdumuzun tərəqqisi, xalqımı­zın firavanlığı yolunda misilsiz fəaliyyətini hədsiz qədirbilənliklə vurğulayırlar. 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin imzaladığı məktubda bildi­rilir:

– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım! Sizi – müstəqil Azərbay­can dövlətinin rəhbərlərindən birini, ölkəmizin qadın zi­yalılığının görkəmli nümayəndəsini tərcümeyi-halınızın əlamətdar tarixi hadisəsi münasibətilə ürəkdən təbrik edi­rik.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük dövlətçilik ideallarının və zəngin siyasi irsinin yaşadılması, həyata keçirilməsi və təbliğ edilərək yeni nəsillərə çatdırılması sahəsində şəxsən Sizin və uğur­la rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun ardıcıl və çoxcəhətli fəaliyyəti müstəqil dövlətimizin təməl dəyərlə­rinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Məktubun davamında Birinci xanım Mehriban Əliyevanın Prezident İlham Əliyevin rəhbərliyi ilə Birin­ci vitse-prezident kimi ölkəmizdə və onun hüdudlarından kənarda müstəqil dövlətçilik ideallarının məqsədyönlü şəkildə həyata keçirilməsi sahəsindəki yorulmaz fəaliy­yəti müstəqilliyimizin dönmədən inkişaf etdirilməsinə əsl xidmət nümunəsi kimi dəyərləndirilir:

– Sizin Birinci vitse-prezident olaraq müstəqil Azər­baycan dövlətinin idarə olunmasında göstərdiyiniz sarsıl­maz birlik və həmrəylik, təşəbbüskarlıq və əməli addımlar ölkəmizin irəliyə doğru böyük yüksəlişinə şərəflə xidmət etmək baxımından əsl nümunədir.

Siz özünüzün çoxcəhətli səmərəli fəaliyyətinizlə və şəxsi nümunənizlə Azərbaycan qadınının cəmiyyətdəki rolunu və mövqeyini, ən yüksək mənəvi dəyərlərini və məsuliyyətini örnək olaraq böyük bacarıqla xalqımıza təqdim edirsiniz.

Qədirbilən xalqımız, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının çoxminli kollektivi Sizin ölkə­mizdə milli mədəniyyətin, elmin, təhsilin və idmanın, mil­li-mənəvi dəyərlərimizin dayanıqlı ənənələr əsasında daha da inkişaf etdirilməsinə, yeni tarixi dövrün tələblərinə uyğun olaraq müasirləşdirilməsi və yeniləşdirilməsinə, dünyaya inteqrasiya olunmasına açdığınız geniş yolları, verdiyiniz böyük dəstəyi yüksək qiymətləndirir.

Məktubun sonunda qeyd edilir ki, Azərbaycan xalqı Birinci xanım Mehriban Əliyevanı əsl xeyirxahlıq və şəfqət nümunəsi miqyasında yüksək səviyyədə qəbul edir və onun bu sahədəki xidmətlərini minlərlə insanın tale­yinin unudulmaz və həlledici hadisəsi kimi dərin min­nətdarlıq hissi ilə qarşılayır:

“Hörmətli Mehriban xanım! Azərbaycan xalqı Sizə müstəqil Azərbaycan dövlətinin böyük dayağı kimi də­rin hörmət və ehtiram bəsləyir. Sizi ölkəmiz və xalqımız üçün də əlamətdar olan bu tarixi gündə Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi bir daha ürəkdən təb­rik edir, Sizə çoxcəhətli fəaliyyətinizin bütün sahələrində daha böyük uğurlar, şəxsi həyatınızda xoşbəxtlik və möh­kəm cansağlığı arzu edir”.

XQ

Sosial həyat